Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

BNMİ-dən bölgələrdə xüsusi əməliyyat: 30 kq narkotik aşkarlandı

18.03.2025

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir. Daxil olan məxfi məlumat əsasında Abşeron və Ucar rayonları ərazisində keçirilən xüsusi əməliyyatlarla əvvəllər dəfələrlə məhkum olunmuş daha üç şəxs - 39 yaşlı İsmayıl Hümbətov, onunla əlbir olan 37 yaşlı Rəşad Mustafayev və 33 yaşlı Orxan Xəlilov tutulublar. Onlardan 30 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 
Hər üç saxlanılan şəxs ifadəsində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Füzuli və Biləsuvar rayonları ərazisindəki gizli yerlərdən götürdüklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
İ.Hümbətov, R.Mustafayev və O.Xəlilovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də şəxsiyyətlərinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Youtube linki - https://www.youtube.com/watch?v=hCbp83mJE_Y

 

18.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 18.03.2025
  • Polis Binəqədi və Yasamal rayonlarında silah-sursat aşkarladı 18.03.2025
  • Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıb 18.03.2025
  • Abşeron və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıb 18.03.2025
  • Yasamal rayonunda quldurluqda şübhəli bilinən şəxs saxlanıldı 18.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 18.03.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 18.03.2025
  • Ümumi çəkisi 32,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 18.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 18.03.2025
  • Nizami polisi narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən birini həbs edib- 3 kq narkotik vasitə aşkarlanıb 18.03.2025
  • BNMİ-dən bölgələrdə xüsusi əməliyyat: 30 kq narkotik aşkarlandı 18.03.2025