Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədidə polisin əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

14.03.2025

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı
29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar. Həmin şəxslərdən 8 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub. 
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər şəxs - 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb. 
Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 
Həmçinin cari ilin əvvəlindən Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanıb.

Youtube linki - https://www.youtube.com/watch?v=ss6M6E5kQqs

 

14.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub 14.03.2025
  • Xəzər və Nəsimi rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb 14.03.2025
  • Xəzər və Nəsimi rayonlarında silah-sursat aşkarlandı 14.03.2025
  • Polis Sumqayıt şəhərində narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarladı 14.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.03.2025
  • Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.03.2025
  • Ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 14.03.2025
  • Sabunçuda polisin kokain əməliyyatı - özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanılıb 14.03.2025
  • Binəqədidə polisin əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb 14.03.2025