Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsi polis saxlayıb

08.03.2025

Martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=G8BBFowIY7g

 

08.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub 08.03.2025
  • Sabunçu rayonunda silah-sursat aşkarlanıb 08.03.2025
  • Nizami rayonunda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsi polis saxlayıb 08.03.2025