Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

BNMİ-dən paytaxt ərazisində növbəti əməliyyat: 35 kq narkotik dövriyyədən çıxarıldı

05.03.2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyatlar paytaxtın Binəqədi və Qaradağ rayonları ərazilərində baş tutub. Bir neçə gün davam edən tədbirlərin nəticəsi olaraq 29 yaşlı Ruslan Hüseynov müəyyən edilərək saxlanılıb. Onun avtomobilindən 35 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 
R.Hüseynov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Füzuli rayonu ərazisindəki əvvəlcədən təyin edilən yerdən götürdüyünü və maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib. 
Faktla bağlı cinayət işi başlanılıb, R.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkəboyu fasiləsiz davam etdirilir.

Youtube linki -  https://www.youtube.com/watch?v=kTL6AgGPqjM

 

05.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub 05.03.2025
  • Dərman deposundan oğurluq edən şəxs saxlanılıb 05.03.2025
  • Polis Binəqədi rayonunda 2 “Kalaşnikov” avtomatı aşkar edib 05.03.2025
  • Ahıl yaşlı qadını aldadıb kartındakı pulu ələ keçirən və dələduzluq edən şəxslər saxlanılıb 05.03.2025
  • Kirayə qaldığı evlərdən oğurluq etdi - polis saxladı 05.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 05.03.2025
  • Dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib 05.03.2025
  • Ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 05.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 05.03.2025
  • BNMİ-dən paytaxt ərazisində növbəti əməliyyat: 35 kq narkotik dövriyyədən çıxarıldı 05.03.2025