Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb

04.03.2025

Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir. Növbəti tədbirlər zamanı polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. 

Bundan başqa Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə 1 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

04.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 04.03.2025
  • Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə 5 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb 04.03.2025
  • Binəqədi rayonunda silah-sursat aşkarlandı 04.03.2025
  • Bakı şəhərində bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb 04.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 04.03.2025
  • Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib 04.03.2025
  • Ümumi çəkisi 23 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 04.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 04.03.2025
  • İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb 04.03.2025
  • Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb 04.03.2025