Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb

03.03.2025

Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar. Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib. R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=JDRWetoE4wE

 

03.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 03.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 03.03.2025
  • Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib 03.03.2025
  • Ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 03.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 03.03.2025
  • Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb 03.03.2025
  • Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı 03.03.2025
  • Suraxanı rayonunda saxlanılan narkokuryerlərdən 4 kq tiryək və marixuana aşkarlanıb 03.03.2025