Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunda saxlanılan narkokuryerlərdən 4 kq tiryək və marixuana aşkarlanıb

03.03.2025

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Sonuncu əməliyyat nəticəsində Ruhin Mürşüdov və tanışı olan bir nəfər yetkinlik yaşına çatmayan şəxs saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq tiryək və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=0Q5JrEnCtfQ

 

03.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub 03.03.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 03.03.2025
  • Dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib 03.03.2025
  • Ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 03.03.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 03.03.2025
  • Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb 03.03.2025
  • Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı 03.03.2025
  • Suraxanı rayonunda saxlanılan narkokuryerlərdən 4 kq tiryək və marixuana aşkarlanıb 03.03.2025