Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Yasamal rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı

01.03.2025

Yasamal rayonu ərazisində bir qadına məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı V.Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin qaçırdığı avtomobillə qəza törətməsi də müəyyən olunub.
Araşdırma aparılır.

01.03.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 01.03.2025
  • Polis Yasamal rayonunda nəqliyyat vasitəsi qaçıran şəxsi saxladı 01.03.2025
  • Avtomobildən 124 min pul oğurlayan şəxsi polis saxladı 01.03.2025