Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Səbail rayonunda saxladığı narkokuryerlərdən 3 kq narkotik vasitə aşkarlayıb

28.02.2025

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=M3ppCSq1kWo

 

28.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib 28.02.2025
  • Polis Səbail rayonunda saxladığı narkokuryerlərdən 3 kq narkotik vasitə aşkarlayıb 28.02.2025