Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı 27 kiloqram narkotik vasitə aşkarlanıb

26.02.2025

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlər zamanı Əvəz Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkotik vasitələri Füzuli rayonu ərazisindən Bakı şəhərinə gətirmək üçün əldə etdiyi müəyyən edilib və o, Sabunçu rayonu ərazisində saxlanılıb. Onun narkotiklərin dövriyyəsində istifadə etdiyi avtomobildən 18 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Davam etdirilən əməliyyat tədbirləri nəticəsində digər narkokuryer Müslüm Yaqubov isə Xəzər rayonu ərazisində saxlanılıb. Onun kirayə yaşadığı evdən 7 kq 500 qram tərkibinə xüsusi zərərli maddələr əlavə edilmiş marixuana və 1 kq 150 qram metamfetamin aşkarlanıb.
Sonuncu əməliyyat zamanı 27 kq-dan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanılıb və həmin narkokuryerlər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Əməliyyat tədbirləri davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=-3j_ZCfztNs

 

26.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub 26.02.2025
  • Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar 26.02.2025
  • Oğurluq etdiyi evə yenidən eyni məqsədlə daxil oldu - polis saxladı 26.02.2025
  • Abşeron rayonunda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıblar 26.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 26.02.2025
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 26.02.2025
  • Ümumi çəkisi 23,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 26.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 26.02.2025
  • Baş Narkotiklərlə Mübarizə İdarəsinin növbəti əməliyyatı zamanı 27 kiloqram narkotik vasitə aşkarlanıb 26.02.2025