Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindən oğurluq edən şəxslər saxlanıldı

25.02.2025

Binəqədi rayonu ərazisində bir nəfərin mopedinin oğurlanması barədə polisə məlumat daxil olub. 
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. 
Rayon ərazisində isə daha bir oğurluq hadisəsi “BMW” markalı avtomobildən olub. Nəqliyyat vasitəsindən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb. 
Araşdırmalarla təqsirli bilinən şəxs bundan öncə də “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub. 

25.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub 25.02.2025
  • İnternet platformalarında dələduzluq edən şəxslərə qarşı polis əməliyyatı 25.02.2025
  • Özünü bank əməkdaşı kimi təqdim edərək vətəndaşın adına 10 min manat kredit götürdü - polis tərəfindən saxlanıldı 25.02.2025
  • Binəqədi rayonu ərazisindən oğurluq edən şəxslər saxlanıldı 25.02.2025
  • Paytaxt ərazisindəki evlərdən oğurluq edənləri polis saxladı 25.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 25.02.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 25.02.2025
  • Ümumi çəkisi 6,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 25.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 25.02.2025