Yasamal və Nəsimi rayonlarında oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb
19.02.2025Yasamal rayonu ərazisində bir avtomobildən 700 manat və 300 dollar maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Ə.Vəlizadə müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Nəsimi rayonu ərazisində 40 yaşlı N.Quliyevdən psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun bir nəfərin evindən 500 manat pul, 1500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması da məlum olub.
Araşdırmalar aparılır.