Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİN BNMİ-dən növbəti xüsusi əməliyyat – 72 kq narkotik dövriyyədən çıxarıldı

19.02.2025

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi və satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Sabunçu və Nizami rayonları ərazisində həyata keçirilən növbəti xüsusi tədbir nəticəsində narkoşəbəkənin əsas üzvləri - əvvəllər məhkum edilmiş 40 yaşlı Alim Xəlilov və 33 yaşlı Əfqan Dünyamalıyev tutulublar. Onların üzərinə və avtomobilə baxış keçirilən zaman 72 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. 
Araşdırmalarla müəyyən edilib ki, A.Xəlilov və Ə.Dünyamalıyev narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəbəkənin əsas üzvlərindən olublar. 
Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə ayrı-ayrı ünvanlara çatdırmaq üçün əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

19.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 84 cinayətin açılması təmin olunub 19.02.2025
  • Nizami rayonu ərazisindən oğurluq edənlər saxlanıldı 19.02.2025
  • Nəsimi və Binəqədi rayonunda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb 19.02.2025
  • Yasamal və Nəsimi rayonlarında oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb 19.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 19.02.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 19.02.2025
  • Ümumi çəkisi 19,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 19.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 19.02.2025
  • DİN BNMİ-dən növbəti xüsusi əməliyyat – 72 kq narkotik dövriyyədən çıxarıldı 19.02.2025