Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
15.02.2025Fevralın 15-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.