Abşeron rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
14.02.2025Abşeron rayonu ərazisində yerləşən 2 evdən qaz və elektrik sayğacı, bir avtomobildən akkumulyator və yaddaş kartının oğurlanması, eləcə də bir şəxsin dələduzluğa məruz qalması ilə bağlı polisə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq və dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı E.Qurbanov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa rayon ərazisində vətəndaşların qol saatı və mobil telefonunu oğurlamaqda şübhəli bilinən 33 yaşlı S.Adıgözəlovanın, həmçinin bir evdən 1100 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 21 yaşlı F.Cəfərovanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.