Gün ərzində ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması təmin olunub
03.02.2025Fevralın 3-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 49 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.