Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
02.02.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Fevralın 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 5 tüfəng, 7 patron darağı və 74 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.