Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb

31.01.2025

Binəqədi rayonu ərazisində yerləşən mağazaların birindən 1200 manat, noutbuk və 2 ədəd quruducu aparatın oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Y.Ziyadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 2000 manat dəyərində məişət əşyalarını oğurlamaqda şübhəli bilinən 42 yaşlı S.Eminovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.

31.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub 31.01.2025
  • İitkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 31.01.2025
  • Axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib 31.01.2025
  • Ümumi çəkisi 15,8 kiloqramdan artıq narkotik vasitə, həmçinin 44 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb 31.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir 31.01.2025
  • Binəqədi və Xəzər rayonlarında oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb 31.01.2025
  • Qaradağ rayonu ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb 31.01.2025