Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
28.01.2025Yanvarın 28-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.