Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Səfixanlı və O.Qarayev saxlanılıb
23.01.2025Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı İ.Səfixanlı və 26 yaşlı O.Qarayev saxlanılıb. Onların əlavə olaraq “Tufan” markalı motosiklet qaçırmaları da müəyyən olunub.
Araşdırma aparılır.