Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
23.01.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı, 16 tüfəng və 82 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.