Ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
16.01.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.