Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb

13.01.2025

Abşeron rayonu ərazisində bir nəfərə məxsus 5000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Ş.Alxasov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa paytaxtın Nizami rayonunda bir nəfərə məxsus bank kartından 560 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı İ.Məmmədov da polislər tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.

13.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 13.01.2025
  • Dələduzluq və oğurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb 13.01.2025
  • Quldurluqda şübhəli bilinən bir nəfər saxlanılıb 13.01.2025
  • Polis oğurluq edən şəxsləri saxlayıb 13.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 13.01.2025
  • Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib 13.01.2025
  • Ümumi çəkisi 32,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 13.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 13.01.2025