Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanovda polis əməliyyatı - 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı

14.01.2025

Nərimanov Rayon Polis İdarəsinin və ərazi Polis Şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah-sursatın əməliyyat və profilaktik tədbirlərlə aşkar edilməsi istiqamətində əməliyyatlar keçiriblər. 
Tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.
Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar. 
Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Bundan başqa Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı 1 ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.

Youtube linki - https://www.youtube.com/watch?v=gRv0nbiB_ro

 

14.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 110 cinayətin açılması təmin olunub 14.01.2025
  • Polis Suraxanı rayonu ərazisində oğurluq edən şəxsi saxlayıb 14.01.2025
  • Paytaxtda nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb 14.01.2025
  • Qaradağ rayonu ərazisində oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb 14.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 14.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 14.01.2025
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 14.01.2025
  • Ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 14.01.2025
  • Nərimanovda polis əməliyyatı - 11 kiloqram narkotik vasitə və 9 ədəd odlu silah aşkarlandı 14.01.2025