Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib

10.01.2025

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb. Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır.
Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=uIHCxG92sUA 

10.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub 10.01.2025
  • Polis dələduzluq edən iki nəfəri saxlayıb 10.01.2025
  • Nəsimi rayonunda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb 10.01.2025
  • Polis mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxsi saxladı 10.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 10.01.2025
  • Ümumi çəkisi 12,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 10.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 10.01.2025
  • Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib 10.01.2025
  • Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb 10.01.2025