Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
04.01.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.