Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunda 5000 ədəddən artıq pirotexniki vasitə satan şəxs müəyyən edilib

30.12.2024

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Xəzər rayonunda polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan M.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan müxtəlif təyinatlı 5000 ədəddən artıq pirotexniki vasitə aşkarlanıb. 
Faktla bağlı toplanmış material üzrə araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=wLQn-tuYKYU

 

30.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub 30.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 30.12.2024
  • Dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib 30.12.2024
  • Ümumi çəkisi 2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 30.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 30.12.2024
  • Xəzər rayonunda 5000 ədəddən artıq pirotexniki vasitə satan şəxs müəyyən edilib 30.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 30.12.2024