Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxsi saxlayıb

29.12.2024

Dekabrın 28-də saat 15 radələrində Sahil qəsəbəsində naməlum şəxsin özünü istilik idarəsinin işçisi kimi təqdim edərək mənzillərdən birinə daxil olması, evdəki azyaşlı qızın başına əli ilə xəsarət yetirərək oradan qızıl boyunbağı və bəzək əşyalarını talaması  barədə polisə məlumat daxil olub.
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən 27 yaşlı Samiq Şəkərəliyev müəyyən olunaraq saxlanılıb. 
Onun dekabrın 25-də Lökbatan qəsəbəsində eyni üsulla daha bir mənzilə daxil olması, otaqlara baxış keçirərək soyğunçuluğa cəhd göstərməsi məlum olub. 
Qaradağ Rayon Polis İdarəsində faktlarla bağlı araşdırma aparılır.

Youtube linki - https://www.youtube.com/watch?v=8UNW_61e_Ws

 

29.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 31 cinayətin açılması təmin olunub 29.12.2024
  • Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib 29.12.2024
  • Ümumi çəkisi 8,4 kiloqramdan artıq narkotik vasitə və 79 ədəd metadon həbi götürülüb 29.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 29.12.2024
  • Polis Qaradağ rayonunda özünü kommunal xidmət işçisi kimi təqdim edərək quldurluq edən şəxsi saxlayıb 29.12.2024