Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
27.12.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 6 tapança, 3 tüfəng, 26 partlayıcı, 504 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.