Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlamaqda şübhəli bilinən Y.Quliyev saxlanılıb
26.12.2024Dekabrın 25-də Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.