Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
26.12.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd tüfəng aşkar edərək götürüblər.