Dələduzuq yolu ilə bir nəfərin 15000 manat dəyərində məhsulunu ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Fərəcov saxlanılıb
22.12.2024Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzuq yolu ilə bir nəfərin 15000 manat dəyərində məhsulunu ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Fərəcov saxlanılıb.
Binəqədi rayonu ərazisində 2 nəfərə hesabına ümumilikdə 700 manat ödətdirərək dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 29 yaşlı M.Əmirov, Sumqayıt şəhərində isə iki nəfərə hesabına ümumilikdə 560 manat pul ödətdirərək dələduzluq yolu ilə həmin vəsaitləri ələ keçirməkdə şübhəli bilinən 23 yaşlı Ş.Mahmudova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.