Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu ərazisində yerləşən şirkətdən və bir evdən oğurluq etməkdə şübhəli bilinən H.Quluzadə saxlanılıb

16.12.2024

Xəzər rayonu ərazisində yerləşən şirkətdən və bir evdən oğurluq edilməsi barədə polisə məlumatlar daxil olub. 
Araşdırmalarla Xaşaxuna bağlar sahəsində yerləşən şirkətin həyətindən 15000 manat dəyərində su mühərriklərinin,  Qala qəsəbəsi ərazisində isə bağ evindən 4000 manat dəyərində tikiş aparatı və naqil oğurlandığı məlum olub. 
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 29 yaşlı H.Quluzadə müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır. 

16.12.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub 16.12.2024
  • Xəzər rayonu ərazisində yerləşən şirkətdən və bir evdən oğurluq etməkdə şübhəli bilinən H.Quluzadə saxlanılıb 16.12.2024
  • Bir nəfərin bank kartından 900 manatını oğurlamaqda şübhəli bilinən T.Telmanzadə saxlanılıb 16.12.2024
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 16.12.2024
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 16.12.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 16.12.2024
  • Bakıda qanunsuz yaşayan 92 əcnəbi saxlanılıb 16.12.2024
  • Nizami rayonunda yaşlı insanlara qarşı quldurluq və soyğunçuluq edənlər saxlanılıblar 16.12.2024