Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
03.12.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 2 patron darağı və 53 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.