Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən geyim əşyalarını oğurlamaqda şübhəli bilinən H.Soltanov saxlanılıb
01.11.2024Yasamal rayonu ərazisində yerləşən mağazaların birindən 200 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Soltanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.