Kirayə qaldığı evdən məişət əşyalarını oğurlamaqda şübhəli bilinən M.Əsgərzadə saxlanılıb
01.11.2024Abşeron rayon sakini polisə ərizə ilə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin həmin evdən 2000 manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirib.
Daxil olmuş müraciət əsasında araşdırma aparan Abşeron Rayon Polis İdarəsi əməkdaşları oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərzadəni müyyən edərək saxlayıblar.
Araşdırma aparılır.