Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
01.11.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 9 tüfəng, 3 patron darağı və 786 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.