Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb

31.10.2024

Paytaxtın Nizami və digər rayonlarında silsilə oğurluq hadisələri qeydə alınıb. Zərərçəkənlər polisə müraciət edərək onlara məxsus avtomobillərdən pul və digər qiymətli əşyaların naməlum şəxslər tərəfindən talandığını bildiriblər. 
Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş əvvəllər dəfələrlə məhkum olunmuşlar 30 yaşlı Alik Bəyalıyev, 27 yaşlı Fikrət İsgəndərov, 25 yaşlı Murad Heydərov və həmyaşıdı Fərid Xəmmədli müəyyən olunaraq saxlanılıblar. 
Araşdırmalarla məlum olub ki, onlar Bakı şəhərində müxtəlif vaxtlarda 20-dən çox nəqliyyat vasitəsinin yan şüşəsini sındıraraq salonlarından oğurluqlar ediblər. Dəstə üzvlərinin qanunsuz əməllərinin bir qismi təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Qeyd olunan faktlarla bağlı cinayət işi başlanılıb. A.Bəyalıyev, F.İsgəndərov, M.Heydərov və F.Xəmmədlinin digər analoji hadisələrdə iştirakının olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=IednGAmv5Cw

 

31.10.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub 31.10.2024
  • Nəsimi rayonu ərazisində bir nəfərin itirdiyi bank kartından pul oğurlamaqda şübhəli bilinən E.Rəcəbov saxlanılıb 31.10.2024
  • Gün ərzində qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 31.10.2024
  • Gün ərzində qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 31.10.2024
  • Gün ərzində qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 31.10.2024
  • Ümumi çəkisi 7,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 31.10.2024
  • Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib 31.10.2024
  • İtkin düşmüş kimi axtarışda olan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 31.10.2024
  • Avtomobillərdən kütləvi oğurluqlar edən şəxslər saxlanılıb 31.10.2024