Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
30.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 30–da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 3 tüfəng, 2 patron darağı və 245 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.