Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
28.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 10 qumbara, 51 alışdırıcı, 6 tüfəng və 32 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.