Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq etməkdə şübhəli bilinən qadın saxlanılıb
27.10.2024Nizami rayonu ərazisində yerləşən ticarət mərkəzində bir mağazadan oğurluq olub. Polisə müraciət edən zərərçəkmiş işlədiyi piştaxtadan 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 53 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.