Ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
27.10.2024Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Oktyabrın 26-da Qaradağ rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Salyan şossesində yerləşən bir müəssisənin fəaliyyəti zamanı atmosferə atılan zərərli qazın normadan artıq olması aşkar olunub.
Həmin müəssisə barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Qobu qəsəbəsi ərazisində yerləşən bir mağaza tərəfindən tutumların (urnaların) yerləşdirilməsi zamanı müəyyən edilmiş məsafənin nəzərə alınmadığı müəyyən edildiyindən həmin mağazanın vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirlir.