Nəsimi rayonunda hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
25.10.2024Oktyabrın 25-də saat 3 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxslərin paytaxt sakini olan bir nəfəri döyüb 50 manatını əlindən alması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Bəhmanov, H.Nurullayev və Ə.Kərimov müəyyən olunaraq saxlanılıblar.
19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı paytaxt sakini olan daha bir nəfərdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Ə.Hüseynov və əvvəllər məhkum olunmuş H.Yasinov saxlanılıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.