Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
21.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 6 qumbara, 4 alışdırıcı və 7 patron darağı aşkar edərək götürüblər.