Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
16.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.
Oktyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbaraatan, 6 tüfəng, 3 patron darağı və 370 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.