Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
13.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.
Oktyabrın 12-də və 13–də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 5 qumbara, 1 alışdırıcı, 11 tüfəng aşkar edərək götürüblər.