Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
08.10.2024Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilir.
Oktyabrın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 qumbara, 2 tüfəng, 3 patron darağı və 247 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.