Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla 3 nəfər saxlanılıb

26.09.2024

Yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olması adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Durkin Yevhen və Kostıuk Vitali saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər “Telegram” sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.
Saxlanılan şəxslərdən ikisi Durkin Yevhen və Kostıuk Vitali məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədi ilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşa Respublikalarından Bakı şəhərinə gəliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşlara bu hallarla bağlı diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyyə edirik.

26.09.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub 26.09.2024
  • Abşeron rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb  26.09.2024
  • Xırdalan şəhəri ərazisində yerləşən mağazaların birindən 5 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Xanlarov saxlanılıb 26.09.2024
  • Abşeron rayonu ərazisində 5 avtomobildən ümumilikdə 11500 manat pul, maqnitofon, bank kartı və sənədlər oğurlamaqda şübhəli bilinən bir qrup şəxs saxlanılıb 26.09.2024
  • Ümumi çəkisi 9,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 26.09.2024
  • Dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib 26.09.2024
  • İtkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 26.09.2024
  • Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində evlərin birindən pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb 26.09.2024
  • Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən B.Məmmədov saxlanılıb 26.09.2024
  • Qusar rayonu ərazisində bir yarımtikilidən naqil oğurlamaqda şübhəli bilinən İ.Muradov saxlanılıb 26.09.2024
  • Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla 3 nəfər saxlanılıb 26.09.2024
  • Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edən şəxs saxlanılıb 26.09.2024