Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Ələkbərov saxlanılıb
20.09.2024Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 48 yaşlı M.Ələkbərov saxlanılıb. Ondan 1 kiloqram 412 qramdan çox marixuana aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.