Yasamal rayonu ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlayan T.Ağazadə saxlanılıb
10.09.2024Sentyabrın 9-da gecə saat 4 radələrində Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.